SON DƏQİQƏ: General rütbəli RƏİS ÖZÜNÜ ÖLDÜRDÜ - FOTO

10.01.2022 11:47
12524

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib.

AZSABAH.COM Report-a istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən iğtişaşlara bağlı J.Süleymanov barəsində cinayət işi açıb.

Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu tribunal gözləyirmiş. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.

“Kazinform”un məlumatına əsasən, Almatının Turksib rayonu Polis İdarəsinin rəis müavini polkovnik Tanat Nazanovun meyiti isə kabinetində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilaəyintdə anadan olub. 1980-ci ildə daxili işlər nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.


Loading...