SON DƏQİQƏ: “EuroHome”də güclü YANĞIN - Generallar hadisə yerində (YENİLƏNDİ)

12.05.2020 00:59
396


Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

AzSABAH.COM xəbər verir ki, bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.  

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.


***

00:41

Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlib.

AzSABAH.COM-un xəbərinə görə, bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir. 

Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


***

11.05.2020

23:23

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.


AzSABAH.COM FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Loading...