SON DƏQİQƏ: Ermənistanla sərhədə çoxlu sayda texnika və ORDU YERİDİLDİ - Bu İSTİQAMƏTDƏ...

27.03.2021 01:57
35339

Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib.

Bu iki ehtimalı önə çıxarır:

- Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir;

- Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir;

Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir.

Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır...(Publika.az)

Loading...