Ermənistanla sərhəddə nə baş verir? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

24.10.2022 22:41
4084
Mudafie nazirliyi
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması məlumat həqiqəti əks etdirmir.

AZSABAH.COM-a bununla Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilir.