SON DƏQİQƏ: Ermənistanda şiddətli ZƏLZƏLƏ BAŞ VERDİ - DAĞINTILAR VAR

13.02.2021 16:51
18483

Yerevandakı zəlzələ nəticəsində “Petak” topdan satış ticarət mərkəzinin pavilyonuna zərər dəyib, çıl-çıraqları sınıb, binanın divarlarında çat əmələ gəlib.

Bildirilib ki, zəlzələ nəticəsində yaşayış binalarınının divarlarında çat yaranıb, evlərin pəncərlərinin şüşüələri sınıb.

***

Yerevanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.

Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.

Loading...