SON DƏQİQƏ: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raket atdı

22.10.2020 11:11
6

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

AZSABAH.COM Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

***

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən balistik raketlər atılıb.

AZSABAH.COM  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Loading...