SON DƏQİQƏ: Ermənistanda bütün ORDU AYAĞA QALXDI - İrəvan ÇALXALANIR

27.02.2021 21:02
19880

Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələri ölkənin baş naziri Nikol Paşinyan və hökumətin istefası haqqında tələbi dəstəkləyir.

AZSABAH.COM xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri Qeqam Manukyana istinadən "İnterfaks" agentliyi bildirib.

"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.

Lakin informasiya hələ rəsmi olaraq təsdiqlənməyib.

Daha əvvəl Paşinyan Baş Qərargah rəisinin istefası barədə təklifi yenidən prezidentə göndərib.(“Report”)

Loading...