SON DƏQİQƏ: ermənilər yenidən HÜCUMA KEÇDİ - AĞIR İTKİLƏRİ VAR

13.09.2022 11:58
14449
Ateskes
Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

AZSABAH.COM-a bununla bağlı Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib".