SON DƏQİQƏ: ermənilər sərhəd-buraxılış məntəqəmizə HÜCUM ETDİ, HƏRBÇİMİZ YARALANDI

15.06.2023 09:49
4563
648aa938cec0d202306230128

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

AZSABAH.COM “Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.