SON DƏQİQƏ: ermənilər Laçın şəhərini və bu kəndləri TAMAMİLƏ BOŞALTDI

21.08.2022 22:14
7231
Lacin

Ermənilərin çoxu Laçını tərk edib,  Andranik Çavuşyan Xankəndiyə köçüb.

AZSABAH.COM “Qafqazskiy uzel”ə istinadla xəbər verir ki, Zabux, Sus kəndlərində, eləcə də Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər.

Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.

Nəşrinin yazdığına görə, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi əmr edib.

Mülkünü vaxtında köçürməyə vaxt tapmayan ailələrə köçmək üçün daha 5 gün, avqustun 25-dək vaxt verilib.

O da bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.(KONKRET.az)