SON DƏQİQƏ: ermənilər Kəlbəcərdə HÜCUMA KEÇDİ - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

08.01.2022 16:50
297
photo_29439574

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.