SON DƏQİQƏ: ermənilər Kəlbəcərdə hərəkətə keçdi, ordumuz... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

14.05.2022 15:37
358
photo_34029476

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.