SON DƏQİQƏ: Ermənilər geri çəkildi, ordumuz bu istiqamətdə xeyli ƏRAZİ ƏLƏ KEÇİRDİ, RUSLAR İSƏ... - VİDEO

27.04.2021 17:51
41150

Azərbaycan Ordusu Ağdərə bölgəsindəki Sırxavənd (Nor Qazançı) kəndi istiqamətində mövqelərini 370 metr irəli çəkib.

AZSABAH.COM Publika.az-a istinadla
 xəbər verir ki, bu barədə erməni mənbələr yazır.

Kənd icmasının “rəhbəri” Ruslan Arstamyan bildirib ki, azərbaycanlıların mövqeyi Vank-Drambon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 kilometr məsafədə yerləşirdi: “370 metr irəlilədilər və mövqeləri tutdular. İki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”.

Sülhməramlıların iştirakı ilə keçirilən danışıqlarda Azərbaycan hərbçiləri mövqelərini dəyişdirməyib.

Loading...