SON DƏQİQƏ: ermənilər gecə yarısı hücuma keçdi, ordumuz... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

14.10.2022 09:45
4041
Ateskes
Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

AZSABAH.COM-a bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.