SON DƏQİQƏ: ermənilər bu istiqamətlərdə HÜCUMA KEÇDİ, ORDUMUZ... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

09.10.2022 13:29
3514
Ateskes
Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən xəbər verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.