SON DƏQİQƏ: ermənilər bu istiqamətdə İNTENSİV HÜCUMA KEÇDİ

18.11.2021 15:40
9928

​​​​​​Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

AZSABAH.COM Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Loading...