SON DƏQİQƏ: ermənilər bu istiqamətdə HÜCUMA KEÇDİ, ORDUMUZ... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

22.10.2022 10:47
3864
Ateskes
Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.