SON DƏQİQƏ: ermənilər bu istiqamətdə hücuma keçdi, hərbçimiz yaralandı, HAZIRDA DÖYÜŞLƏR GEDİR - MN TƏCİLİ AÇIQLAMA YAYDI

01.09.2023 09:58
5640
Ateskes
Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

"Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.