Bu gün DTX-nin keçirdiyi əməliyyat zamanı həbs edilən gömrük generalının İqbal Alıcan oğlu Babayev olduğu barədə bəzi saytlarda məlumatlar yayılıb.
AZSABAH.COM-un əldə etdiyi məlumata görə, general İqbal Babayevin həbsi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil. Onun hazırda öz işinin başında olduğu bildirilir.
Qeyd edək ki, bəzi saytlarda DTX-nin dövlət qurumlarından birində əməliyyat keçirdiyi, əməliyyatda xeyli vəzifəli şəxsin saxlanıldığı barədə məlumat yayıb.