SON DƏQİQƏ: DTX əməliyyat keçirir - YÜKSƏK VƏZİFƏLİ ŞƏXS SAXLANILDI

16.11.2022 12:08
2782
Dtx
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqan rayonunda əməliyyat həyata keçirir.

AZSABAH.COM Musavat.com-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.