Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir.
AzSABAH.COM-a Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.