SON DƏQİQƏ: Dəhşətli təyyarə qəzası BAŞ VERDİ - Göyərtədə olan hər kəs və PRİQOJİN ÖLDÜ (VİDEO)

23.08.2023 21:05
9603
Teyyare
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

AZSABAH.COM xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

"Bu gecə Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var", - deyə məlumatda vurğulanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.

***

Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.

https://t.me/c/1545060838/330