SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası BAŞ VERDİ, xeyli sayda sərnişinin HAMISI ÖLDÜ - VİDEO

15.01.2023 13:18
25161
Teyyare
Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl laynerin qəzaya uğraması nəticəsində azı 45 nəfərin öldüyü bildirilmişdi.

Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.

Rusiya səfirliyi isə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub.


***

Nepalın qərbindəki Poxara şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. Qəza havaya qalxarkən baş verib.

Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil.

O qeyd edib ki, Fransa-İtaliya konserni tərəfindən istehsal olunan ATR 72 təyyarə 74 sərnişini daşımaq üçün nəzərdə tutulub.


***

Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “The Kathmandu Post” yazıb.

Qəza layner havaya qalxarkən baş verib.

Nəşr bildirib ki, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.

Hadisə nəticəsində sağ qalanların olub-olmadığı barədə hələlik məlumat yoxdur. 

(Report)