SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası BAŞ VERDİ, 107 nəfərin hamısı öldü - ANBAAN VİDEO (YENİLƏNDİ)

22.05.2020 17:05
840

Pakistanda 99 sərnişini və 8 ekipajı olan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.

AzSABAH.COM xəbər verir ki, bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.

***

14:30

Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” “Al Arabiyya”ya istinadən xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.

Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. “Sky News”un məlumatına görə isə, göyərtədə 107 sərnişin olub. Ölənlərin sayı dəqiqləşdirilir. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

*** 

Qəzaya uğrayan sərnişin təyyarəsində azı 107 nəfər olub. 

Bu barədə məlumat “Al Arabiya” yayıb. 

Məlumata görə, təyyarənin göyərtəsində azı 99 sərnişin və 8 ekipaj üzvü olub.


Loading...

close
close