SON DƏQİQƏ: Bu ərazilər işğaldan AZAD OLUNDU - İlham Əliyev BÖYÜK MÜJDƏNİ ELAN ETDİ

26.08.2022 11:48
26731
İlham Eliyev

Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə Prezident İlham Əliyev “Tvitter” səhifəsində paylaşımında bildirib.

Dövlət başçısı Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyini də qeyd edib.

***

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

AZSABAH.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev "Twitter" səhifəsində etdiyi paylaşımında yazıb.