SON DƏQİQƏ: Bakının mərkəzində ATIŞMA, YARALILAR VAR

10.03.2023 15:00
4942
Tapanca
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

AZSABAH.COM xəbər verir ki, məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.