SON DƏQİQƏ: Bakıda xəstəxanada ŞİDDƏTLİ YANĞIN BAŞLADI

30.10.2022 00:50
4220
Yangin
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

AZSABAH.COM-a nazirlikdən verilən xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsində yanğın olub.

AZSABAH.COM xəbər verir ki, hadisə Bakı Sağlamlıq Mərkəzinin binasında qeydə alınıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın binanın zirzəmisində başlayıb.

Hazırda binada olan insanlar təxliyə edilir.