SON DƏQİQƏ: Bakıda məşhur BAZAR YANIR

28.02.2021 22:08
5680

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

Loading...