SON DƏQİQƏ: Bakıda güclü yanğın başladı, havaya HELİKOPTERLƏR QALDIRILDI - FOTO (YENİLƏNDİ)

11.06.2020 12:23
769

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

AZSABAH.COM FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Ceyranbatanda kol-kos yanır.

AZSABAH.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.


Loading...

close
close