SON DƏQİQƏ: Azərbaycanlı iş adamı KORONAVİRUSDAN ÖLDÜ - FOTO

16.05.2020 14:29
1852

İsveçdə yaşayan soydaşımız koronavirusdan dünyasını dəyişib.

AzSABAH.COM xəbər verir ki, bu barədə “Ölkə.Az”a İsveçdə yaşayan soydaşımız Teymur Eminbəyli məlumat verib. Onun sözlərinə görə, dünyasını dəyişən şəxs 60 yaşlı Məhərrəm Hüseynovdur. Əslən Salyan rayonundandır və 2004-cü ildən İsveçdə məskunlaşıb. M. Hüseynovun tikinti firması olub.

T.Eminbəylinin dediyinə görə, M. Hüseynov 2 aya yaxın idi ki, COVİD-19 virusundan xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır idi və ötən gecə dünyasını dəyişib.

Loading...

close
close