SON DƏQİQƏ: Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ - Rusiya ELAN ETDİ

12.04.2023 15:58
4200
Azerbaycan
Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı tərəflərin razılığı var.

Bununla belə, Rusiya XİN sözçüsü danışıqların növbəti raundunun tarixini açıqlamayıb. Bildirib ki, vaxt konkretləşən kimi məlumat veriləcək.

"Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər. Konkret tədbirlərin tarixi barədə yekun razılıq əldə olunandan sonra məlumat verəcəyik", - deyə Rusiya XİN sözçüsü qeyd edib.