SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ

04.05.2020 00:38
246

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

AzSABAH.com-un "Report"a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib. 

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Məlumata görə, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Loading...