SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ

28.09.2021 23:52
9897

Azərbaycanda zəlzələ qeydə alınıb.

AZSABAH.COM-a bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 maqnitudada baş verib.

***

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.

Loading...