Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
AZSABAH.COM xəbər verir ki, bu barədə Təhsil NazirliyindənAPA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, koronavirusa görə 9 məktəb distant təhsilə keçib.