Azərbaycanda SMS icazə sistemi ləğv olunur.
AzSABAH.COM xəbər verir ki, bu barədə Nazirlər
Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə
sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan
etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə
yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə,
xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv
olunur.