SON DƏQİQƏ: Azərbaycanda şiddətli YANĞIN BAŞLADI - FOTO/VİDEO (YENİLƏNDİ)

22.04.2021 00:04
7450

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

AZSABAH.COM-un məlumatına görə, əraziyə dörd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

AZSABAH.COM-a bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Loading...