SON DƏQİQƏ: Azərbaycanda səhər-səhər GÜCLÜ YANĞIN BAŞLADI

25.08.2021 09:10
9693

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında yanğın baş verən ərazidə irigövdəli ağacı ildırım vurması olub. Yerli sakinlərin dediyinə görə, gecə saatlarından ərazidə qismən tüstülənmə müşahidə edilib, səhər saatlarında isə yanğın qeydə alınıb.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.

Loading...