SON DƏQİQƏ: Azərbaycanda nazir İŞDƏN ÇIXARILDI

11.10.2023 15:56
6475
Vezife

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.

Digər sərəncamla Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Səfərova həvalə edilib.

Qeyd edək ki, Hüseyn Səfərov bu təyinatadək Yasamal Rayon Məhkəməsinin hakimi olub.