SON DƏQİQƏ: Azərbaycanda müdir həbs olundu - Azyaşlılara qarşı əxlaqsızlıq edirmiş

26.03.2021 12:04
42737

Ucar rayon mədəniyyət evinin müdiri həbs edilib.

AZSABAH.COM Trend-ə istinadla bildirir ki, rayon mədəniyyət evinin müdiri Rəfail Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşın şikayəti əsasında saxlanılaraq azyaşlıya qarşı əxlaqsızlıqda təqsirləndirilib. R.Hüseynov Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

R Hüseynova qarşı Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan olunub.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Loading...