SON DƏQİQƏ: Azərbaycanda millət vəkili evinin qarşısında GÜLLƏLƏNDİ - FOTO

28.03.2023 22:55
6133
Tapanca
Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

AZSABAH.COM xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyatı təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.


***

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.


AZSABAH.COM-un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.