SON DƏQİQƏ: Azərbaycanda komendat saatı TƏTBİQ EDİLƏCƏK - QƏRAR VERİLDİ

27.09.2020 18:14
3364

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

AZSABAH.COM xəbər verir ki, bu barədə  apa-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”.

Loading...

close
close