SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ - 1 MAYDAN ETİBARƏN...

22.04.2022 13:52
295
photo_42999686

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərarına əsasən:

  • Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılmışdır;
  • 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.