SON DƏQİQƏ: Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERDİ

03.09.2023 20:57
6322
Zelzele
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.