AZSABAH.COM-a Mərkəzdən daxil olan məlumatda bildirilir ki, zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınmışdır.
Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.
***
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
AZSABAH.COM xəbər verir ki, yeraltı təkanlar bu gün saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ 40-45 saniyə davam edib.