SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, FHN helikopterləri HAVAYA QALDIRDI

16.06.2020 18:02
535

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 


AZSABAH.COM-a bu barədə FHN-dən bildirilib.


Məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.


Əlavə məlumat veriləcək.

Loading...

close
close