Müdafiə Nazirliyinin idarə rəisi həbs edilib.
AZSABAH.COM "Trend"ə istinadla xəbər verir ki, nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
General-mayor mənimsəmədə təqsirləndirilir.