SON DƏQİQƏ: Azərbaycanda gecə yarısı DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ - ÇOX SAYDA ÖLÜ VAR

02.07.2022 00:38
230
photo_32989387

Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.

***

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

***

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.