SON DƏQİQƏ: Azərbaycanda əməliyyat keçirildi - YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS OLUNDU

07.06.2022 21:45
336
photo_19883198

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

AZSABAH.COM xəbər verir ki,APA-nın əldə etdiyi xəbərə görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.