SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ YANĞIN BAŞLADI - Helikopterlər HAVAYA QALDIRILDI

15.08.2022 19:23
19107
yangin

Şabrandakı yanğına görə bir neçə fərdi tikili zərər görüb.


AZSABAH.COM-a bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


***

18:45

Şabran və Qəbələdə yanğınların söndürülməsinə helikopterlər cəlb edilib.

AZSABAH.COM-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə FHN-dən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.