Bank

Banka kredit almağa getdi, yüksək vəzifə sahibi olduğunu öyrəndi - Bakıda şok olay

04 Oktyabr 2024
261

Banka kredit götürməyə gedən vətəndaş aldığı məlumatdan şoka düşüb.

Azsabah.com CityPost.az -a istinadən xəbər verir ki, İmişli rayon sakini Mirzəyeva Aynurə Tofiq  qızı bankların birinə kredit almaq məqsədi ilə müraciət edən zaman onun yüksək vəzifə tutduğu məlum olub.

Bu haqda saytımıza Aynurə Mirzəyeva özü məlumat verib.

“Bankdan kredit almaq istəyirdim.Mənə dedilər ki, sən “Körpü Bina Təchizat" MMC-də sahə rəisi işləyirsən.Aylıq 1348 manat maaş alırsan.Bu sözdən sonra şoka düşdüm.Çünki ömrümdə heç bir yerdə  işləməmişəm.  Evdən qadınam. Həmin şirkətin də adını birinci dəfədir ki,eşidirdim ”,-deyə  Aynurə  Mirzəyeva  bildirib.

Sayt  vətəndaşın başına gələnlərlə bağlı araşdırma aparıb.

Məlum olub ki, Aynurə Mirzəyeva 2019-cu ilin yanvarın 16-dan həmin vəzifəyə təyin edilib.

Vətəndaşın adını qanunsuz yollarla işə yazan “Körpü Bina  Təchizat"  MMC-nin qanuni  təsisçisi  Qədirov Tural Qurban oğludur. Sözügedən şirkət  19.08.2020-ci il tarixdən rəsmi qeydiyyata alınıb.Şirkətin rəsmi qeydiyyat ünvanı Yasamal rayonu,İsfəndiyar Zülalov ev 18,mənzil 21-dir.

Araşdırma zamanı o da məlum olub ki, “Körpü Bina Təchizat" MMC-nin vergiyə  56251.90  AZN  borcu  var.

Bəs bu qədər qanunsuz əməllərə yol verən  şirkət rəhbəri  bu günə qədər niyə məsuliyyətə cəlb edilməyib?

Əldə etdiyimiz məlumata görə faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində araşdırma aparılır. İş  müstəntiq Anar Rzayevin icraatındadır. /oxu24.com